2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılacaq.

İndex.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 18,9 % çoxdur.