Avropa İttifaqı (Aİ) dekabrın 12-si fövqəladə səlahiyyətlərdən istifadə etməklə Rusiya aktivlərinin dondurulması müddətini uzatmaq razılığına gəlmək niyyətindədir.

İndex.az xəbər verib ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Avropa İttifaqı artıq dekabrın 12-si fövqəladə səlahiyyətlərdən istifadə etməklə Rusiya aktivlərinin dondurulmasını uzatmaq razılığına gəlməyə çalışır. Bu, həmin vəsaitlərin Ukraynaya yardım üçün cəlb edilməsi yolunda əsas addımdır. Avropa Komissiyası tezliklə həftənin sonuna qədər razılaşmanın əldə edilməsi məqsədilə bu məsələ ilə bağlı təklif təqdim edəcək", - qeyd edilib.