Avrozonada istehlak qiymətləri avqustda illik ifadədə 2,1% artıb.
İndex.az xəbər verir ki, bu barədə ilkin məlumatları təqdim edən Avropa İttifaqının statistika idarəsinin hesabatında deyilir.
Beləliklə, inflyasiya iyuldakı 2% ilə müqayisədə sürətlənib.
“Trading Economics” nəşrinin məlumatlarına görə, analitiklər orta hesabla avqustda qiymət artımı tempinin əvvəlki ayın səviyyəsində qalacağını gözləyirdilər.
