Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 25,9 % olub.
İndex.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,8 faiz bəndi azdır.
Hesabat dövründə portfeldə Şimali Amerika regionu ölkələrinin payı 4,1 faiz bəndi azalaraq 23,9 %, Asiya regionu ölkələrinin payı 4,9 faiz bəndi azalaraq 8 %, Yaxın Şərq regionu ölkələrinin payı 0,8 faiz artaraq 1,4 %, Avstraliya və Yeni Zelandiyanın payı 0,2 faiz bəndi artaraq 0,9 % olub, Latın Amerika regionunun payı isə dəyişməyərək 0,1 % qalıb.
ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı 4,8 faiz bəndi azalaraq 1,6 %, qızılın payı isə əvvəlcədən deyildiyi kimi, 17,6 % bəndi artaraq 38,2 % olub.
Qeyd edək ki, bu ilin yanvarın 1-nə ARDNF-nin investisiya portfelinin dəyəri 73 milyard 539,7 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə 13 milyard 510,2 milyon ABŞ dolları və ya 22,5 % çoxdur.
