Azərbaycan yüksək patogen quş qripindən, Afrika donuz taunu, PPR xəstəliyi kimi xəstəliklərdən azad ölkə statusu alıb.
İndex.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Zəkiyyə Mustafayeva sentyabrın 23-də Bakıda keçiriIən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğun tətbiq etməyə çalışır:
"Xəstəliklərdən azad statusların əldə olunması bu sahədə həyata keçirilmiş kompleks tədbirlərin göstəricisidir. Eyni zamanda bu, yerli heyvanların və heyvan mənşəli məhsulların ixracı üçün yeni imkanlar yaradıb".
