İsrailin "Haaretz" qəzetinin məlumatına görə, Almaniya İsrailin müdafiə şirkəti "Rafael Advanced Defense Systems" tərəfindən hazırlanmış "Spike" tank əleyhinə raketlər üçün təxminən 2 milyard avro dəyərində satınalma müqaviləsi imzalayıb.
İndex.az xəbər verir ki, Almaniya hazırda "Spike" raketlərindən çox istifadə edən ölkələr sırasındadır.
Berlin hökuməti ilə "EuroSpike" arasında imzalanan yeni müqavilənin təkcə raket alışını deyil, həm də sistemlərə texniki xidmət və dəstək xidmətlərini əhatə etdiyi bildirilir.
