Avropa İttifaqı (Aİ) 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro verməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Avropa Komissiyasının kollegiyasının iclasının yekunları üzrə mətbuat konfransında bildirib.

Bildirilib ki, bu da ölkənin maliyyə ehtiyaclarının 2/3 hissəsini təmin edəcək.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ukraynanın növbəti iki il üçün maliyyə ehtiyacları 137 milyard avro məbləğində qiymətləndirilir.