Avropa İttifaqı (Aİ) Albaniyaya təxminən 100 milyon avro ayıracaq.
İndex.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Albaniyanın əhəmiyyətli irəliləyişini nəzərə alaraq, təxminən 100 milyon avronun ayrılacağını elan edə bilərəm", - o vurğulayıb.
Qeyd edək ki, Ursula fon der Leyen Qərbi Balkan ölkələrinə səfərə çıxıb.
