ABŞ-də “Delta Airlines” şirkətinə məxsus “Boeing 737” təyyarəsinin qanadının bir hissəsi uçuş zamanı ayrılıb.

İndex.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Orlando (Florida) şəhərindən Austin (Texas) şəhərinə uçan 1893 saylı reysdə baş verib. Sərnişinlər sol qanaddan konstruksiya elementinin ayrıldığını görüblər.

Təyyarədə 62 sərnişin və altı ekipaj üzvü olub. Heç kim xəsarət almayıb.

Aviadaşıyıcının sözlərinə görə, Austin hava limanına endikdən sonra qanadın qapağının bir hissəsinin olmadığı məlum olub. Təyyarə istismardan çıxarılıb və texniki xidmətə göndərilib.