Dünyanın ən böyük kruiz gəmiləri – FOTO

OASİS OF THE SEAS

Kruiz gəmisinin çəkisi 225 min ton, 16 göyərtəsi var.

361 metrlik kruiz gəmisi 6780 min sərnişin tutumuna malikdir.

HARMONY OF THE SEAS

O, 2016-cı ildə tikilib və dövrünün ən böyük sərnişin gəmisi adına sahib olub.

226 min tonluq “Harmony of The Seas” 16 göyərtəsi və 6687 sərnişin tutumuna malikdir.

SYMPHONY OF THE SEAS

Bir vaxtlar dünyanın ən böyük kruiz gəmisi olan “Symphony of the Seas” 2018-ci ildən səyahətlərini davam etdirir.

Gəminin içərisində 16 göyərtə var. Onun çəkisi 230 min ton, sərnişin tutumu isə 5400 mindir.

WONDER OF THE SEAS

“Wonder of The Seas” hazırda dünyanın ən böyük gəmisi adını qoruyub saxlayır, lakin görünür ki, o, “ICON OF THE SEAS” ilə əvəz olunacaq.

Kruiz gəmisinin çəkisi 236,857 min tondur. Sərnişin tutumu 6,988 min nəfərdir.

ICON OF THE SEAS

“Royal Caribbean”in maraqla gözlənilən kruiz gəmisi dünyanın ən böyük kruiz gəmisi ünvanına sahib olan “Wonder of The Seas”i ötməyə hazırlaşır.

Yeni Titanik olduğu düşünülən gəmi ilk səyahətini 28 yanvar 2024-cü ildə edəcək.

Icon of The Seas kruiz gəmisinin içərisində yaşayış sahəsi və dünyanın ən böyük su parkı yer alacaq.

Gəminin içərisində restoranlar, barlar və bir çox fəaliyyətlərlə bərabər nəhəng “Mərkəzi Park” olacaq.

Gəmidə 8 ayrı məhəllə olacaq və üç mərtəbə yalnız ailələr üçün ayrılacaq.

Buz meydançası, qolf meydançası və hətta 47 metrlik şəlalə də olacaq. “Dənizlərin simvolu” tamamlandıqda 20 göyərtəyə sahib olacaq. Onun uzunluğu 365 metr, çəkisi isə 250.800 qros tondur.

Dünyanın ən böyük kruiz gəmisinin qiyməti 2 milyard dolları ötür!

“Royal Carribbean Group”un prezidenti və baş icraçı direktoru Ceyson Liberti, hər yeni gəmi ilə səyahət sənayesindəki performansı qaldırdıqlarını deyib.

Bundan əlavə, “Icon of The Seas” kruiz xəttinin ən təmiz yanan dəniz yanacağı olan mayeləşdirilmiş təbii qaz LNG ilə təchiz ediləcək.