Məşhur hakim hava limanında oğurluq edərkən yaxalanıb

Tanınmış Avroliqa hakimi Matej Boltauzer “Partizan” – “Monako” matçından sonra Belqrad hava limanında 221 avro dəyərində ətir oğurlayarkən təhlükəsizlik əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

İndex.az xəbər verir ki, 2023-cü il dekabrın 5-də baş verən bu hadisədən sonra sloveniyalı hakim nəzarətə götürülüb.

Belqradda keçirilən matçdan sonra Boltauzerin hava limanının rüsumsuz mağazasından 221 avro dəyərində ətir oğurladığı müəyyən edilib. Təhlükəsizlik qrupları tərəfindən cinayət başında yaxalanan hakim hadisə yerində etiraf edib.