“AzSığorta”nın sığorta ödənişləri cari ilin yanvar-fevral ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 529 min manat azalıb.
İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, “AzSığorta”nın sığorta ödənişləri 2024-cü ilin yanvar-fevral ayları ərzində 253 min manat təşkil edib.
2023-cü ilin yanvar-fevral ayları ərzində isə bu göstərici 782 min manat olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta ödənişləri 97 milyon 434 min manata çatıb.
2024-cü il ərzində “AzSığorta”nın sığorta ödənişləri ümumi sığorta ödənişlərinin 0,26%-ni təşkil edib.