Ziraat Bank Azərbaycan
Risklərin İdarə Edilməsi departamenti Kreditlərin monitorinqi üzrə aparıcı/baş mütəxəssis/menecer
Son tarix 08 fev 2025 – [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Bank sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən kreditləşdirmə sahəsində ən azı 1 il iş təcrübəsi;
- Ümumi bank işi haqqında məlumatlar, bank qanunvericiliyini, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərini, bankdaxili normativ sənədlərin tələblərini bilməlidir. Kredit risklərinin idarəolunması təcrübəsindən xəbərdar olmalı və kreditləşdirmə praktikasına malik olmalıdır. Beynəlxalq təcrübədən xəbərdar olmalıdır;
- Araşdırma, təhlil etmə və analitik düşünmə bacarıqları, hesabat tərtib etmə;
- Müştərilər ilə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- Maliyyə sahəsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
- Kompüter bilikləri (MS Office (xüsusi ilə yüksək Microsoft Excel bilikləri)).
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq;
- Kredit sahəsi üzrə məhsul/xidmət satışa çıxarılmadan əvvəl yarana biləcək risklər üzrə araşdırma aparılmasında və risklərin idarə olunması ilə bağlı təkliflər verilməsində iştirak etmək;
- Bankın erkən xəbərdarlıq modelinə uyğun Kredit Monitorinq sistemini qurmaq və həyata keçirmək, kredit monitorinq meyarlarını müəyyən etmək;
- Girov əmlaklarının qiymətəndirilməsi fəaliyyətinin və prosesinin təhlili və qiymətləndirilməsini həyata keçirmək;
- Borcalanları risk reytinqləri üzrə təsnifləşdirmək məqsədilə hazırlanmış Daxili Risk
- Reytinqi sistemini qiymətləndirmək və dövri olaraq yenilənməsini təmin etmək;
- Kənd təsərrufatı kreditləri üzrə borcalanın qanunvericiliklə kənd təsərrüfatı sahələri üzrə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlamaq;
- Mövcud olduqda borcalanın, emitentin və kontragentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar dəyərini izləmək;
- Bankın borcalanlarının maliyyə vəziyyətinin və girovların durumunun, girovun saxlanma şəraitini məsafədən və yerində monitorinqini həyata keçirmək, nəticələrini sənədləşdirmək və təqdim etmək;
- Kredit Risk hesabatlarının hazırlanmasında iştirak etmək.
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kreditlərin monitorinqi” qeyd edilməsi vacibdir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 08 fev 2025 – [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil(İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi sahələri üzrə təhsilə üstünlük verilir);
- Bank sektorunda iş təcrübəsi;
- İnformasiya Texnologiyaları, telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir;
- Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
- Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Rus və ingilis dili bilikləri;
- CISM, Comptia Security +, Comptia CySA və ya digər əlaqəli sertifikatlar olması üstünlükdür;
- Təhlükəsizlik standartları (İSO 27001, NİST və.s) haqqında biliklər;
- SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
- Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər;
- Phishing və digər e-poçt əsaslı hücumlardan qoruma üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin idarə edilməsi;
- Kibertəhlükəsizlik təhdidlərinin tədqiqi, təhdidlərə dair göstəricilərin (IOC) və təhdid tendensiyalarının müəyyən edilməsi;
- Sahə üzrə xüsusi modullar və alətlərin inkişaf etdirilməsi zamanı tədqiqat aparılması və davamlı inkişaf etdirilməsi üçün təhlillər;
- Təhlükəsizlik boşluqlarının aşkarlanması və uyğun risk qiymətləndirilməsinin aparılması;
- İnformasiya Təhlükəsizliyinə dair əsas bank və nəzarət orqanlarının tələblərinə uyğun qayda və standartların hazırlanması;
- Təhlükəsizlik insidentlərinin araşdırılması və hesabatların hazırlanması.
Əsas vəzifələr:
- Bankın informasiya təhlükəsizliyini qorumaq;
- Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
- IT fövqəladə hallar planı ilə işləmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
- Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
- Texniki avadanlığın iş təhlükəsizliyini nəzarət etmək və serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
- İnformasiya təhlükəsizliyini qorumaq üçün daim təkmilləşdirilmə işlərini irəli sürmək , o cümlədən sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunmasını təmin etmək;
- Sistemlərin dayanıqlığının təmin olunmasına daim nəzarət etmək;
- Antivirus proqramlarına və firewalların düzgün sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Sistemlərin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün Bankın Ehtiyat Mərkəzinin dayanıqlığını yoxlanılmasında iştirak etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Yanvar ayının 15-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.