Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulmasına 18 milyon 730 min manatdan çox vəsait xərclənəcək.
İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işlərinin satın alınmasına dair tender elan edib.
Artıq tenderin qalibi də müəyyən edilib. Bu, “Protean Construction” ASC-dir. Belə ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu şirkətə işlərin görülməsi üçün 18 milyon 730 min 865,63 manat ödəyəcək.