“Xiaomi SU7” 50 km belə getmədən yolda xarab olub

Çinli bir sürücü “Xiaomi SUV” modelinin cəmi 39 kilometr qət etdikdən sonra xarab olduğunu və yolda qaldığını bildirib.

İndex.az xəbər verir ki, Çində qısa zamanda trend mövzusuna çevrilən bu xəbər dünya mətbuatında da əksini tapıb.

Videoda nəqliyyat vasitəsinin mərkəzdən çıxdıqdan sonra qəfildən idarəolunmaz hala gəldiyi bildirilib. İddialara görə, cəmi 39 kilometr yol qət etdikdən sonra dayanıb.

“Xiaomi” şirkətinə şikayət ərizəsi ilə müraciət edən nəqliyyat vasitəsi sahibi şirkətdən müsbət cavab aldığını bildirib. Lakin o, modelin təmir olunmaq əvəzinə yeni avtomobillə dəyişdirilməsini istəyib. “Xiaomi” istifadəçiyə ehtiyat yolsuzluq avtomobili verəcəklərini bildirərək bu istəyi yerinə yetirdi.

Əvəzedici avtomobilin nə vaxt veriləcəyi hələlik bəlli deyil. Bununla belə, “Xiaomi”nin ilk elektrik avtomobilinin istehsalında problemləri qəbul etməsi diqqətdən yayınmayıb. Bu, yeni avtomobil istehsalçılarının kütləvi istehsala keçərkən qarşılaşa biləcəyi problemlərə diqqəti cəlb edir.