Türkiyə Banklar Birliyi zəlzələ bölgəsindəki vətəndaşların borclarının qaytarılmasını təxirə salacaq.
İndex.az xəbər verir ki, Türkiyə Banklar Birliyindən verilən açıqlamaya görə, zəlzələdən zərər çəkən müştərilərin tələblərindən sonra bank borclarının 6 aya qədər təxirə salınmasına qərar verilib.
TBB-dən verilən açıqlamaya görə, Birliyin İdarə Heyətində zəlzələ zamanı bank xidmətlərinin fasiləsiz davam etdirilməsi və lazım olan dəstəyin təmin edilməsi üçün nələrin edilə biləcəyi müzakirə edilib.
