Kahramanmaraş və Elbistanda zəlzələdən zərər çəkmiş bölgələrdə 481 min 865 binada yerləşən 2 milyon 196 min 88 mənzildə zərər qiymətləndirmə işləri aparılıb.

İndex.az xəbər verir ki, zərərin qiymətləndirilməsi işləri tamamlanan 61 min 722 binada 263 min 800 mənzilin təcili sökülməyə ehtiyacı olduğu müəyyən edilmişdir.

Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinə tabe olan "Tikinti Baş İdarəsi" 20-dən çox universitetdən 400-ü professor və dosent olmaqla 7 mindən çox mütəxəssis heyəti ilə zəlzələ zonalarında işlərini davam etdirir.

Nazirlik bu gün etibarilə 481 min 865 binada olan 2 milyon 196 min 88 mənzildə yoxlama edib. Aparılan işlər çərçivəsində 61 min 722 binada 263 min 800 mənzilin təcili sökülməyə ehtiyacı olduğu müəyyənləşdirilib. 13 min 917 binada 86 min 673 mənzil orta dərəcədə, 121 min 515 binada 749 min 654 mənzil yüngül zədələndiyi, 229 min 23 binada isə 915 min 723 mənzilin zərər görmədiyi müəyyən edilib.