Zəlzələdən sonra yaranmış rabitə problemini həll etmək üçün “Huawei” Türkiyəyə yardım edib
İndex.az xəbər verir ki, “Huawei” zəlzələ bölgəsində mobil operatorların rabitə kəsimlərini aradan qaldırmaq məqsədilə zəlzələ zonasına baza stansiyaları üçün ehtiyat hissələri, generatorlar və mobil baza stansiyaları göndərib.
Zəlzələnin üçüncü günündə də mobil operatorların rabitə problemləri həll edilmədiyindən Türkiyəni 4.5G baza stansiyalarını avadanlıq və proqram təminatı ilə təmin edən “Huawei” zəlzələ bölgəsindəki rabitə problemini həll etmək üçün avadanlıqlarla dolu yardım maşınları göndərib.
