Qərbin yardımının azlığını və yavaş tempini tez-tez vurğulayan Zelenskinin hər ay Səudiyyə Ərəbistanına böyük məbləğdə pul göndərdiyi bildirilir.
İndex.az xəbər verir ki, ABŞ nümayəndəsi Anna Paulina Luna bəyan edib ki, Vladimir Zelenski hər ay Səudiyyə Ərəbistanı bankına təxminən 50 milyon dollar köçürür.
Luna müsahibəsində deyib: "Görünür, Zelenski hər ay Səudiyyə bankına təxminən 50 milyon dollar köçürür. Bu qəribə haldır".
Luna müsahibə zamanı paylaşdığı məlumatın mənbəyini açıqlamayıb. Zelenski daha əvvəl Ukraynanın öz silahlarını istehsal etmək üçün resursunun olmamasından və Qərbin yardımının yavaş çatmasından şikayətlənib.
