Bu gün saat 23:00-da Çempionlar Liqasının H qrupunun son turunda "Yuventus" Torinoda PSJ-ni qəbul edəcək. Bu il Çempionlar Liqasında bərbad çıxış edən "qoca sinyora" fıransızları məğlub edə biləcəkmi? Bu oyunla bağlı proqnozumuzu təqdim edirik:
YUVENTUS
"Yuventus" üçün cari mövsüm tədricən kabusa çevrilir. Massimiliano Alleqrinin komandası istər daxili çemionatda, istərsə də Avropa arenasında uğursuz çıxış edir. Bu mövsüm Çempionlar Liqası başlamazdan öncə “qoca sinyora” öz qrupunda pley-offa vəsiqə üçün əsas favoritlərdən biri hesab edilirdi. Lakin "Yuve" qrup mərhələsində keçirdiyi 5 turda cəmi 3 xal qazana bildi. Yeganə qələbələri 3-cü turda "Makkabi" üzərində qazandıqları 3:1 hesablı qələbədir.
"Yuve" son turda "Benfika"ya 3:4 hesabı ilə uduzaraq qrup 2-liyi şansını itirib. Bununla yanaşı, hətta 3-cü pilləni də itirmək riski var. Çünki qrupda "Yuventus" “Makkabi”ni yalnız əlavə göstəricilərə görə qabaqlayır. A Seriyasında "qoca sinyora" turnir cədvəlində 7-cidir, lakin ilk 4-yə düşmək şansları hələ də var. 4-cü "Roma"dan cəmi 3 xal geri qalırlar.
İtkilər: Leandro Paredes, Anxel Di Maria, Pol Poqba, Federico Çieza, Marley Ake, Kaio Jorge, Bremer, Samuel İlinq-Cunyor, Mattia De Şiliyo, Danilo
PSJ
PSJ əla mövsüm keçirir. Kristof Qaltyenin komandası iştirak etdiyi bütün yarışlarda uğur qazanaraq "Yuve"nin tam əksini reallaşdırır. Çempionlar Liqasına "Yuventus" üzərində 2:1 hesablı qələbə ilə başlayan parislilər, daha sonra Hayfada israilliləri 3:1 hesabı ilə məğlub ediblər.
Lakin, "Benfika" ilə hər iki görüşdə portuqalların müqavimətini qıra bilməyən parislilər 1-1 hesablı sülhə razılaşmalı oldular. Son turda “Makkabi” üzərində 7:2 hesablı qələbə “parislilər” üçün pley-offa vəsiqəni təmin etsə də, qrup liderliyi 6-cı turun nəticələrindən aslı olacaq.
Fransa çempionatında 35 xalla lider olan PSJ, 2-ci pillədə qərarlaşan “Lans”ı 5 xal qabaqlayır. PSJ bu mövsüm Liqa 1-də məğlub olmayıb.
İtkilər: Keylor Navas, Danilo Pereyra, Timoti Pembele, Presnel Kimpembe
PROQNOZ
"Yuventus"un artıq Çempionlar Liqası üçün heç bir iddiası yoxdur. "Qoca sinyora"nın tək dərdi bu gecə heç olmasa 3-yü itirməməkdir. Bu mövsüm əsas turnirdən belə tez kənarda qalması Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparıldığı A Seriyasına bütün gücünü verməyə imkanı yaradacaq. PSJ liderliyi qoruyub saxlamaq üçün, şübhəsiz ki, qalib gəlməyə çalışacaq və parislilərin hazırkı "Yuve" qarşısında bunu reallaşdırmağa gücü çatır. "Yuventus"un problemləri çoxlu sayda zədəli oyunçulara görə daha da ağırlaşır.
Bizim proqnozumuz PSJ-nin qələbəsidir - 1.59
Matçın favoriti PSJ-dir. Parislilər əla formadadırlar, heyətin keyfiyyəti baxımından da böyük üstünlüyə malikdirlər. Bundan əlavə, “Yuventus”un əsas heyətdən bir neçə oyunçusu bu gün meydanda olmayacaq. Çox güman ki, parislilər 3 xalı qazanmaqda problem yaşamayacaqlar.
İkinci mərcimiz PSJ-nin 1 top fərqi ilə qələbəsi olacaq - 3.93
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 1:2 – 7.60
"Yuventus" 2-ci hissədə qol vuracaq – 2.15
PSJ hər iki hissədə qol vuracaq – 2.31
