Əvvəllər yalnız Yerdən kənarda Venerada görülən halo effekti (göy qurşağına bənzər rəngli və konsentrik işıq halqalarının düzülüşü) daha uzaqda yerləşən başqa bir planetdə də müşahidə edilib.
İndex.az xəbər verir ki, tədqiqatçılar bu effektin Yerdən 637 işıq ili uzaqlıqdakı qaz nəhəngi "WASP-76b"də baş verdiyinə dair siqnal alıblar.
Bu vəziyyət planetin ətrafında fırlanan ulduzdan gələn işığın tamamilə homojen bir maddədən ibarət buludlar tərəfindən əks olunması zamanı baş verir.
2013-cü ildə kəşf edilən bu ekzoplanet Yupiterdən təxminən 1,8 dəfə böyükdür, lakin planetin kütləsi Yupiterin kütləsinin cəmi 92%-ni təşkil edir.
Daim ulduzu ilə üzbəüz olan planetin gündüz tərəfində 2400 dərəcəyə çatan temperatur müşahidə olunur.
Dəmir bu temperaturda buxarlandıqdan sonra güclü və sürətli küləklər vasitəsilə planetin daha soyuq gecə tərəfinə daşınır və burada qatılaşaraq damcılara çevrilir və planetə dəmir yağdırır.
