2022/2023-cü il tədris ilində Azərbaycanda yeni məktəbli formaları tədbiq olunacaq.
İndex.az xəbər verir ki, yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif olunur.
Təbii ki, məktəblərdə yeni formaların tətbiqi valideyinlərin ciblərinədə təsirsiz ötüşməyəcək.
Bəs şagirdlərin həqiqətənmi yeni formalara ehtiyacı var? Bu yenilik təhsilimiz üçün nə kimi faydalı olacaq?
Təhsil üzrə ekspert Kamran Əsədov İndex.az-a açıqlamasında bu kimi suallara aydınlıq gətirdi.
Ekspert bildirdi ki, məktəbli forması anlayışı ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə yarandı: "Həmin vaxtdan indiyədək eyni formalar istehsal olunub. İlk dəfədir ki, formalarda dəyişiklik olunacaq. Dəyişikliyin edilmə məqsədi, məktəblərdə şagirdlər arasında sosial bərabərlik yaradılması, formaların kefiyyətinin atrırılması, fəsillərə uyğun çeşidlərin olması və məktəbə uyğun, daha rahat – idman üslübünun formalaşdırılmasıdır. Bilirsiniz ki, şagirdlər ağ köynəklər, qara ətəklər və şalvarlar geyinirlər. Bu geyim tərzi isə sırf məktəbə uyğun deyil. Uşaqlar bu tərzdə toya da gedirlər, məktəbə də. Yeni formalar isə tamamilə məktəbli tərzində olacaq. Üzümüzə gələn tədris ilində şagirdlərə köhnə formalardan istifadəyə icazə veriləcək. Lakin 2023/2024-cü il tədris ilinə qədər şagirdlər tam olaraq yeni məktəbli formalarına keçiriləcək. Bu dəyişikliyin isə təhsilimizə nə dərəcədə müsbət təsir göstərəcəyini deyə bilmərəm".
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da mövzu ilə bağlı İndex.az-a açıqlama verib:
"Yeni formalarla bağlı qərar Pedeqoji Şuranın qərarıdır. Köhnə formaların istifadəsinə heç bir qadağa qoyulmayıb. İstənilən şagird köhnə formalardan da istifadə edə bilər".
