"iFixit" "Apple"in indiyədək istehsal olunnmuş ən nazik saatını parçalayıb.

"Apple Watch Series 10" modelinin daxili hissəsi ilə maraqlananlar üçün"iFixit" bu addımı atıb.

"Apple Watch 10"un nazik dizaynı saatın sökülməsini və təmirini çətinləşdirir.

Videoda gördüyünüz kimi daxili komponentlərə daxil olmaq üçün ekranı qızdırmaq lazımdır.

Komponentlər isə reklam edildiyi kimi çox yaxşı yerləşdirilib.

Şüşə ilə metal arasında cəmi 0,176 mm boşluq var.

Bu detal yeni modelin suya daha davamlı olduğunu göstərir.

Digər komponentlərə daxil olmaq üçün çoxlu kiçik bağlayıcıları və kiçik vintləri çıxarmaq lazımdır.

"Apple" yeni modelin daha çox bucaqdan baxıla bilən yeni panelə sahib olduğunu iddia etsə də, OLED ekrana yaxından nəzər saldıqda strukturun əvvəlki nəsillə demək olar ki, eyni olduğunu görürük.

Saatın sensorları isə bütün digər komponentlərin altında yerləşdirilib.

"iFixit", "Apple Watch 10"u təmir etməyin çox çətin olduğunu bildirib.

Çünki batareyaya çatmaq və altındakı şüşəni dəyişdirmək çox çətindir. "Apple Watch Series 10"un daxili hissəsi ilə maraqlananlar üçün videonu təqdim edirik: