ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə sanksiyalarla bağlı xəbərdarlıq edib.
İndex.az xəbər verir ki, Yellen 4 günlük səfərinin ardından paytaxt Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Çin Rusiyaya dəstək göstərsə ABŞ Çinə qarşı sanksiyalar tətbiq edilək.
Çin iqtisadiyyatında davam edən makroiqtisadi tarazlıqlara, xüsusilə ev təsərrüfatlarının zəif istehlakına cavab olaraq irimiqyaslı dövlət subsidiyaları ilə bəzi xüsusi sənayelərə həddindən artıq investisiya qoyulduğunu bildirən Yellen, bu investisiyaların Amerika şirkətləri və işçiləri, eləcə də digər ölkələr üçün risklər yaratdığını qeyd edib.
Yellen bildirib ki, Çin iqtisadiyyatında hər zaman qənaət artıqlığı olub:
"Lakin bunun böyük hissəsi daşınmaz əmlak sektoruna investisiyalara və dövlət tərəfindən idarə olunan infrastruktur tikintisinə xərclənib. Bu gün Çinin sənaye siyasəti bəzi yeni sənaye sahələrini hədəfləyib. Elektrikli nəqliyyat vasitələri, litium-ion akkumulyatorlar və günəş panelləri istehsalı kimi biznes investisiyalarında artım müşahidə edilir".
