ABŞ-ın maliyyə naziri Janet Yellen “Silikon Vadisi Bankı”nın (SVB) xilas olmayacağını, lakin əmanətçiləri qorumaq üçün çalışdığını bildirib.
İndex.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Janet Yellen ABŞ-da 2008-ci ildən bəri ən böyük bank uğursuzluğu hesab edilən SVB-ni xilas etməyəcəklərini, ancaq əmanətçilərin ehtiyaclarını ödəmək və böhranın digər möhkəm banklara keçməsinin qarşısını almaq üçün çalışacaqlarını açıqlayıb.
Amerika bank sisteminin təhlükəsiz və yaxşı kapitallaşdırıldığını qeyd edən Yellen, vəziyyəti həll etmək üçün bütün həftə sonu bank tənzimləyiciləri ilə işlədiyini bildirib.
Yellenin sözlərinə görə, onların əsas məqsədi bir bankdakı problemlərin sağlam olan digər banklara keçməyinin qarşısını almaqdır.
Vəziyyətin təxminən 15 il əvvəl yaşanan maliyyə böhranından çox fərqli olduğunu vurğulayan Yellen, sektoru qorumaq üçün bankların xilas edilməsinin lazım olduğunu bildirib.
