Yaponiyanın cənub-qərbindəki Tokara adaları yaxınlığında 5,3 maqnitudada qeydə alınıb.
İndex.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələ ilə bağlı sunami təhlükəsi elan olunmayıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Tokara adaları ərazisində son həftə yarım ərzində seysmik aktivliyin artması müşahidə olunub. Bu müddət ərzində burada maqnitudası 1-dən çox olan 1 180-dən çox bir neçə güclü zəlzələ baş verib.
Yerli seysmoloqlar qeyd edirlər ki, ərazi litosfer plitələrinin qovşağında yerləşir və bu, seysmik aktivliyin artmasına səbəb olur. Mütəxəssislər yeraltı təkanların yaxın gələcəkdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq edir və yerli sakinləri ayıq-sayıq olmağa çağırır. Tokara adalarında ümumi əhalisi təxminən 650 nəfər olan bir neçə kiçik kənd var.
Baş nazir Şiqeru İşibanın ofisində Tokara adaları yaxınlığında seysmik aktivliyə dair məlumat toplamaq və təhlil etmək üçün qərargah yaradılıb.
Yaponiyanın cənub-qərbində 5,3 maqnitudada zəlzələ baş verib
2025-07-05 09:12
Oxşar xəbərlər
AXCP sədri Əli Kərimli barəsində qərar qüvvədə saxlanılıb
2025-12-05 16:03
ETX: "Telegram"da vətəndaşlara saxta iş təklifləri gəlir
2025-12-05 16:32
Binəqədidə kafedə partlayış olub, 3 nəfər xəsarət alıb
2025-12-05 17:48
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib
2025-12-05 16:48
