Yaponiyanın Kioto Universiteti, həmçinin Teraverse və XNOVA şirkətləri nəzdindəki tədqiqatçılar qrupu süni intellektli humanoid robot-buddist hazırlayıb.

İndex.az xəbər verir ki, bu barədə TASS yazır.

Buddharoid Çinin “Unitree Robotics” şirkətinin “Unitree G1” humanoid robotu əsasında hazırlanıb. O, “BuddhaBot-Plus” sistemi ilə təchiz olunub və söhbətlər aparmaq, həmçinin insanla üzbəüz qarşılıqlı əlaqə üçün yaradılıb.

Robotun dialoq moduluna ChatGPT-nin son versiyası inteqrasiya edilib. “Buddharoid”in cavabları buddist mətnlərindən ifadələrdən istifadə edilərək formalaşdırılır, daha sonra OpenAI dil modelinin izahları ilə tamamlanır.

Robota bəzi hərəkətlər öyrədilib, o cümlədən asta yerişlə gəzmək, təzim etmək və ovucları birləşdirmək jesti tanışdır. Tərtibatçıların sözlərinə görə, bu, iki ayaq üzərində hərəkət edə bilən və təbii şifahi dialoq apara bilən ilk "dini süni intellekt robotudur".