Yaponiyada yerli korporativ istehsalçı qiymətlərindəki eniş fevral ayında da davam edib.

İndex.az xəbər verir ki, “Yaponiya Bankı”nın (BOJ) açıqladığı məlumatlara görə, istehsalçı qiymətləri fevral ayında əvvəlki ilin eyni ayına nisbətən 8,2% artıb.

Bazar gözləntisi isə qiymət artımının 9,5%-dən 8,4%-ə enəcəyi idi.

İstehsalçı qiymətləri yanvar ayına nisbətən 0,4% azalıb. Analitiklər azalmanın 0,3% olacağını bildirmişdilər.

Ölkə üzrə ixrac qiymətləri aylıq 0,3%, illik isə 0,5% artıb.

İdxal qiymətləri ötən aya görə 0,9% azalarkən, illik artım 3,1%-ə enib.