Yaponiya və Niderlandın Çinə qarşı ABŞ ilə razılığa gəldiyi iddia edilir.

İndex.az xəbər verir ki, "Associated Press" (AP) agentliyinin yaydığı məlumata görə, Yaponiya, ABŞ və Niderland arasında hələ də rəsmiləşdirilməmiş anlaşma var.

Sözügedən razılaşmaya əsasən, Niderland və Yaponiya ABŞ-la birlikdə Çinə qabaqcıl çip istehsal edən maşınların ixracını məhdudlaşdıracaq.

AP məlumatında tərəflərin razılaşmanı ictimaiyyətə açıqlayacağı tarixin qeyri-müəyyən olduğu və ABŞ prezidenti Co Baydenin keçən ay Ağ Evdə Yaponiyanın baş naziri Kişida və Niderlandın baş naziri Mark Rutteni qəbul etdiyi bildirib.