Yaponiya qabaqcıl çip istehsalı texnologiyalarında Tayvan və Cənubi Koreyanı geridə qoymağa çalışır.

İndex.az xəbər verir ki, bu məqsədlə qurulan "Rapidus" şirkəti 2027-ci ildə 2 nanometrlik çiplər istehsal edəcək.

Yaponiya hökuməti "Rapidusa" 3,89 milyard dollarlıq subsidiya ilə dəstək verəcək.

Bu məbləğ 2 nanometrlik istehsal prosesini inkişaf etdirmək və lahiyəni avadanlıqlarla təchiz etmək, həmçinin çox çiplet qablaşdırma texnologiyasını inkişaf etdirmək üçün istifadə olunacaq.

İddialı hədəfləri olan şirkət indiyədək hökumətdən 6,07 milyard dollar dəstək alıb.

Bütün layihənin 33 milyard dollara başa gələcəyi gözlənilir, ona görə də maliyyə tam təmin olunmayıb.