Yaponiyada parlament Mərkəzi Bankın (BOJ) yeni rəhbərini təyin etdi.

İndex.az xəbər verir ki, Yaponiyada hazırkı BOJ prezidenti Kuroda Haruhikonun ümumilikdə 10 il davam edən iki müddətli səlahiyyət müddəti aprelin əvvəlində başa çatacağına görə, Yaponiya parlamenti Baş nazir Kişida Fumio hökuməti tərəfindən irəli sürülən Ueda Kazuonun “Yaponiya Bankı”nın yeni rəhbəri təyin edib.

Beləliklə, Yaponiya hökuməti Uedanı yeni vəzifəsinə rəsmən təyin edə biləcək.

Qeyd edək ki, Ueda müharibədən sonrakı dövrdə bu vəzifəyə akademiyadan təyin olunan ilk BOJ prezidenti olacaq.

Bundan əvvəl Ueda “Tokio Universiteti”ndə və “Kyoritsu Qadınlar Universiteti”ndə akademik işləyib.

71 yaşlı Ueda, 2023-cü ilin aprelindən başlayaraq beş il müddətinə fəaliyyət göstərəcək.

Yeni prezidentin vitse-prezidentləri “Maliyyə Xidmətləri Agentliyi”nin keçmiş rəhbəri Himino Ryozo və BOJ-un hazırkı idarəedici direktoru Uçida Şiniçi olacaq.

Aprelin sonunda ilk siyasət şurası iclasını keçirəcək Ueda, 2025-ci maliyyə ilinə doğru rüblük artım və qiymət sabitliyi proqnozlarını açıqlayacaq.