Bu gün saat 19:00-da DÇ-nın bürünc medalları uğrunda Xorvatiya və Mərakeş milliləri üz-üzə gələcək. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

XORVATİYA

Xorvatiya millisi qrup mərhələsində 2 heç-heçə edib 1 qələbə qazanıb. Bugünkü rəqibi Mərakeşin ardından qrupu 2-ci tamamlayan xorvatlar 1/8 finala vəsiqə əldə etdilər.

1/8 finalda Xorvatiyanın rəqibi Yaponiya millisi idi. Əsas və uzatma hissələrdə qalib müəyyənləşmədiyindən penalti seriyalarına qədər uzanan oyunda sevinən tərəf xorvatlar oldu. 1/4 finalda rəqib daha çətin idi. Çempionluğa iddialı Braziliya qarşısında ehtiyyatlı oyun göstərən Xorvatiya bu oyunu da penaltilərə qədər sürükləyə bildi. Penaltilərdə daha dəqiq olan xorvatlar ardıcıl 2-ci dəfə yarımfinala vəsiqə əldə etdilər.

Yarımfinalda Argentina rəqibini düzgün analiz edib xorvatların oyunu uzatmalara və ya penaltilərə aparmasına imkan vermədi. Oyunun əsas hissəsində 3 qol vuran argentinalılar finala yüksələn tərəf oldular.

MƏRAKEŞ

Mərakeş millisi xorvatlarla eyni qrupda mübarizə aparırdı. Komanda qrup oyunlarında yaxşı oyun sərgiləyərək qrupu lider başa vurub pley-offa adladı.

1/8 finalda Mərakeş yığması İspaniya ilə üz-üzə gəldi. Penaltilər seriyasına qədər uzanan oyunda Mərakeşin qapıçısı ön plana çıxaraq etdiyi qurtarışlarla komandasını 1/4 finala daşıdı. Bu mərhələdə Portuqaliya ilə qarşılaşan mərakeşlilər minimal hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə etdilər.

Yarımfinalda rəqib Fıransa millisi idi. Erkən qol buraxan Mərakeş oyunu döndərə bilmədi. 2-ci hissədə daha 1 qol buraxaraq Fransanı finala yola saldı.

PROQNOZ

Mərakeş millisi yarımfinalda Fransa ilə layiqli mübarizə aparsa da heyətlər arasındakı fərq öz sözünü dedi. Bu gün Xorvatiya onlar üçün daha asan rəqib olmalıdır. Heyətlərə nəzər salsaq xorvatların üztünlüyünü görə bilərik. Lakin bu mərakeşlilər üçün əhəmiyyət kəsb etmir.

Mərakeş yığması son oyunada qələbə qazanıb Qətəri bürünc medalla tərk etməyə kifayət qədər qadirdir.

Bizim ilk proqnozumuz Mərakeş millisinin qələbəsidir - 2.15

Xorvatiya və Mərakeşi məhsuldar, hücumameyilli komandalar adlandırmaq olmaz. Lakin bir-birinə uyğun olan komandaların hər ikisi məsuliyyəti bir qədər üzərindən atıb. Onlar bürünc medal üçün meydanda əllərindən gələni edəcəklər. Biz oyunda qarşılıqlı qolların olacağına inanırıq.

İkinci mərcimiz hər 2 komandanın qol vurması olacaq - 1.72

BUKMEKERLER NƏ DEYİR?

Dəqiq hesab: 1:2 - 10.25

Mərakeş 1-ci hissədə qol vuracaq - 2.25

Xorvatiya 2-ci hissədə qol vuracaq - 1.71