Aprelin 7-də “Xiaomi” cəmi 100 dollar dəyəri olan yeni bir smartfon təqdim edəcək.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu, “Poco C 51” olacaq

Məlumata görə, “Poco C51”-nun HD+ həlli ilə 6,52 düymlük IPS ekran alacaq. Aparat platforması SoC MediaTek Helio G36 əsasında qurulacaq, operativ yaddaşın həcmi 3-4 GB təşkil edəcək.

Həmçinin, smartfonun 8 meqapiksellik kamera, 5000 mAh batareya, “Android 13 Go Edition” və arxaya quraşdırılmış barmaq izi skaneri olacaq.