"Xiaomi" yaxın vaxtlarda insan müdaxiləsi olmadan 24/7 işləyə bilən tam avtomatik ağıllı fabriki işə salmağı planlaşdırır.
İndex.az xəbər verir ki, ildə 10 milyon telefonun istehsal olunacağı fabrikdə flaqman modellər istehsal olunacaq.
"Xiaomi"nin "Hyper IMP" (Intelligent Manufacturing Platform) əməliyyat beyni çağırışlara effektiv cavab verməklə istehsal səmərəliliyini artıracaq.
X sosial şəbəkəsində yayımlanan videoda, "Xiaomi" şirkətinin baş direktoru və təsisçisi Lei Jun 11 istehsal xəttinin qurulduğunu, bütün əsas proseslərin avtomatik işləyəcəyini və bunun üçün lazımi istehsal avadanlığı və proqram təminatının hazırlandığını açıqlayıb.
