"Android" telefonlar dedikdə ağıla ilk gələn markalardan biri olan "Xiaomi", yeni telefonları olan "Xiaomi 15" seriyası üçün hazırlıqlarını tamamlamaq üzrədir.
İndex.az xəbər verir ki, ötən saatlarda "Xiaomi 15" seriyası ilə bağlı ilk qiymət məlumatı paylaşıldı.
Son məlumatlara görə, "Xiaomi 15"in başlanğıc qiymətinin 4599 yuan (650 dollar), "15 Pro"nun isə 5499 Yuan (775 dollar) başlanğıc qiyməti olacağı bildirilir.
Müqayisə üçün xatırladaq ki, hazırda mövcud "Xiaomi 14" və "14 Pro" müvafiq olaraq 3999 və 4999 yuan qiymətinə təqdim edilib. Qiymət artımının ən böyük səbəbi yəqin ki, çipset və saxlama xərcləri ilə bağlıdır.
