Çinin “Xiaomi” şirkəti sürücüyə kömək sistemində problemlərə görə təxminən 116,8 min krassover elektrik sedanını (SUV7) geri çağıracaq.
İndex.az xəbər verir ki, bu barədə Çin Dövlət Bazar Tənzimləmə İdarəsinin (State Administration for Market Regulation, SAMR) saytında məlumat verilib.
Geri çağırma 6 fevral 2024-cü ildən 30 avqust 2025-ci ilə qədər olan dövrdə istehsal edilmiş avtomobillərə aiddir.
Bildirilir ki, bu avtomobillərdə quraşdırılmış sürücüyə kömək sistemi kritik ssenarilərı adekvat şəkildə aşkar edə və onlar barədə məlumat verə bilməyə bilər. Əgər sürücü avtomobilin idarəsini öz əlinə almazsa, toqquşma riski arta bilər.
Şirkət proqram təminatının uzaqdan yenilənməsi vasitəsilə nasazlığı aradan qaldıracaq.
“China Automotive Technology & Research Center”in məlumatlarına əsasən, iyul ayında “Xiaomi” təxminən 305,055 min ədəd SU7 tədarük edib. Avtomobil keçən ilin mart ayında bazara çıxarılıb.
