Bu ilin yanvar-iyul aylar ərzində Azərbaycandan xaricə 112 205 ton pomidor ixrac edilib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizdən xaricə ixrac etdiyi pomidorun dəyəri 134 milyon 126,11 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 5,75% az olsa da, dəyər baxımından 4,65% çoxdur.

Azərbaycanın pomidor ixracı 2022-ci ilin ilk 7 ayının ixracına nisbətən 0,59%, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 7,97% təşkil edib.

Bununla da bu ilin 7 ayında pomidorun 1 tonunun orta satış qiyməti 1 195,7 dollar, 1 kiloqramı isə ortalama 1,19 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrə satdığı bir kiloqram pomidorun orta satış qiyməti 2 manat 03 qəpik təşkil edib.

Mirəli Qasımov - İndex.az