2022-ci ilin yanvar-iyul aylar ərzində Azərbaycana xaricdən 5 743,95 ton süd və qaymaq idxal edilib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizə xaricdən idxal edilən süd və qaymağın dəyəri 9 milyon 342,55 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 18,40%, dəyər baxımından isə 30,90% çoxdur.

Azərbaycanın süd və qaymaq idxalı 2022-ci ilin ilk 7 ayının idxalına nisbətən 0,12% təşkil edib.

Bununla da bu ilin 7 ayında süd və qaymağın 1 tonunun orta alış qiyməti 1 626 dollar, 1 litri isə ortalama 1,62 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrdən aldığı bir litr süd və qaymağın orta alış qiyməti 2 manat 76 qəpik təşkil edib.

Mirləi Qasımov - İndex.az