"Windows" kompüterləri və "Android" telefonları arasında faylların paylaşılması asanlaşır.

İndex.az xəbər verir ki, yeni funksiya ilə "Apple"in "AirDrop"a bənzər sağ klik menyusundan faylları asanlıqla paylaşmaq mümkün olacaq.

"Windows 10" və yuxarı sistemlərdə işləyən xüsusiyyət ilk olaraq "Release Preview Channel"da "Windows Insider"lərə təklif olunacaq.

Cihazlar arasında faylları bölüşmək üçün sadəcə "Windows"da seçdiyiniz faylın üzərinə sağ klikləyin və "Paylaş" seçin, sonra açılan Paylaşım pəncərəsində "Telefon bağlantısı" işarəsinə klikləyin və kompüterinizə qoşulmuş telefonu seçin (əgər telefon bağlı deyil, qoşmaq lazımdır).