"WhatsApp"ın rəhbəri Vil Kaskart "Twitter" hesabından etdiyi açıqlamada "Telegram"ı hədəf alıb.

İndex.az xəbər verir ki, Kaskart istifadəçilərə müraciət edərək, kifayət qədər təhlükəsizlik səviyyəsinə malik olmayan "Telegram"ı tərk etməyi xahiş edib.

O, "Telegram"ı istifadəçilər üçün təhlükəsizliyi təmin etməməkdə günahlandırıb və hər kəsi bu mesajlaşma proqramını tərk etməyə çağırıb.

Təcrübəli menecer şəxsi “Twitter” hesabından mövzu ilə bağlı fikirlərini bölüşüb"

"“Telegram" defolt olaraq uçdan-uca şifrələmə ilə qorunmur və qrup söhbətləri üçün E2EE (başdan-uca şifrələmə) funksiyasını təklif etmir. O, həmçinin bildirib ki, bu platforma demək olar ki, istənilən həssas məlumatı paylaşmaq imkanına malikdir. Hətta, "Wired" məqaləsində gizli "Telegram" söhbətlərinin oxunmasına imkan verən zəifliyin aşkar edildiyi göstərilir. Mən etiraf edirəm ki, tənqidlərim özümə xidmət kimi görünə bilər. Mən hamını "WhatsApp"a keçməyə dəvət etmirəm. Başdan sona şifrələmə ilə təmin edilmiş bir çox başqa əla mesajlaşma proqramları var. Siz bunlardan birindən də istifadə edə bilərsiniz. Amma "Telegram"dan istifadə etməyin".