Ölkələr yaranmış siyasi vəziyyətdən asılı olaraq bəzən ölkə daxilində sosial şəbəkələrdən istifadəni bloklayır.

Bu zaman insanların əksəriyyəti VPN-lərə üz tutmalı olurlar.

2022-ci ilin sentyabr ayında Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşmalardan sonra ölkəmizdə “TikTok” platformasına giriş dayandırıldı. Bunun nəticəsi olaraq Azərbaycanda VPN-dən istifadə fantastik dərəcədə artdı və artım dinamikasına görə ölkəmiz dünyada 5-ci yerdədir.

İlk yerdə 17 075% ilə Şri-Lanka qərarlaşıb. Bu göstəricidə ixtişaşlı bir il keçirən Qazaxıstan ikinci, üsyanlarla boğuşan İran üçüncüdür.

Rusiya-Ukrayna müharibəsi hər iki ölkə vətandaşlarının VPN-dən istifadəsini kəskin şəkildə artırıb.

İndex.az 2022-ci ildə VPN-dən ən çox istifadə edən ölkələrin siyahısını təqdim edir: