“Volkswagen” və akkumulyator şirkəti “PowerCo” xaricdə ilk akkumulyator fabriki yaratmaq üçün Kanadanı seçib.
İndex.az xəbər verir ki, “PowerCo”nun 2030-cu ilə qədər 30 milyard avro sərmayə qoymağı planlaşdırdığı lahiyə “Volkswagen”nin xərclərini yarıya qədər azaldacaq.
Ontarioda yerləşən müəssisə 2027-ci ildən akkumulyator istehsal edəcək.
İnvestisiya ilə bağlı maliyyə təfərrüatları açıqlanmasa da, “Volkswagen”nin Almaniyanın Salzgitter şəhərindəki akkumulyator fabrikinin 2 milyard avroya başa gəldiyi təxmin edilir.
“PowerCo” şirkətinin prezidenti və “Volkswagen”nin Texnologiya Şurasının üzvü Tomas Şmall bildirib ki, mövcud hesablamalara əsasən, 2030-cu ilə qədər Şimali Amerikanın elektrik avtomobillərinə olan tələbatını ödəmək üçün təxminən 60-100 giqavat-saat batareya tədarükünə ehtiya olacaq.
