"Volkswagen" keçən ay Çində ID.7 adlı tam elektrik sedandan cəmi 9 ədəd sata bilib.
İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99,6% azalma deməkdir.
"Volkswagen"in Çində ümumi elektromobil satışları eyni dövrdə 71% azalaraq 15,828 ədəddən 4,552 ədədə enib.
Şirkətin Çində ən çox satılan elektromobili olan ID.3 hetçbek 2025-ci ilin yanvar ayında 2 min 623 ədəd satılıb.
Lakin hətta bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,5% azdır.

