Bu il avqustun 1-nə Azərbaycanda 1 370 252 vergi ödəyicisi olub ki, bu da ötən il avqustun 1-i ilə müqayisədə 6,9% çoxdur.

Index.az xəbər verri ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, vergi ödəyicilərinin 87,6%-i fiziki şəxslər, 12,4%-i hüquqi şəxslər və digər təşkilatlardır.

Son 1 ildə fiziki şəxslərin sayı 6,7% (ümumi artımın 84,3%-i), hüquqi şəxslərin sayı isə 8,9% (ümumi artımın 15,7%-i) artıb.