Dünən verdiyi açıqlamada ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud Ukraynada Rusiya ilə birlikdə döyüşən Şimali Koreya əsgərlərinin cəsəd çantalarında qayıdacaqlarını bildirib.

İndex.az xəbər verir ki, Robert Vud BMT Təhlükəsizlik Şurasındakı çıxışında lider Kim Çen Ina xəbərdarlıq edib.

“Şimali Koreya əsgərləri Rusiyaya dəstək olmaq üçün Ukraynaya girsələr, mütləq cəsəd torbalarında geri dönəcəklər. Ona görə də mən Lider Kimə bu cür ehtiyatsız və təhlükəli davranışa əl atmazdan əvvəl iki dəfə düşünməyi məsləhət görürəm”, - Vud deyib.

Rusiyanın BMT-dəki səfiri isə Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibənin ön cəbhəsində olması ilə bağlı xəbərləri təkzib edib.