Rusiyanın “Ural Hava Yolları" şirkəti oktyabrın 29-na qədər ölkənin cənubuna və bəzi MDB ölkələrinə (Qazaxıstan, Azərbaycan, Ermənistan və Özbəkistan) uçuşları dayandırıb.
İndex.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Uçuşlara fasilə verilməsini səbəbi açıqlanmır. Aviaşirkət müştərilərinə biletlərin pulunu geri qaytarmağı və yaxud yeni tarixə biletlərlə əvəz etməyi təklif edib.
