Müasir dövrün ən uğurlu investorlarından biri olan Uorren Baffetin investisiyalarının hər biri, demək olar ki, uğurlu yatırımdır.

İndex.az xəbər verir ki, Baffet yatırımının böyük hissəsini "Apple" korporasiyasının səhmlərinə edib. Belə ki, Baffet şirkətin 40.75% səhmini əlində cəmləşdirib. Onun payına düşən hissənin dəyəri 122.3 milyard dollardır. İnvestorun ikinci böyük investisiyası "Bank of America"dadır. Baffet bankın 31.4 milyard dollarlıq hissəsinə, yəni 10.47%-nə sahibdir. İnvestorun səhmləri arasında ilk üçlüyü "Coca-Cola" tamamlayır. İçki şirkətinin 8.38% səhmi, başqa sözlə 25.1 milyard dollarlıq hissəsi Baffetə məxsusdur.

İndex.az ən uğurlu investorlardan olan Uorren Baffetin investisiya portfelini sizə təqdim edir: