Keçən il parlaq bir il keçirsə də, bu il sifarişlərdə azalma gözləyən TSMC ən əhəmiyyətli investorundan birini itirib.

İndex.az xəbər verir ki, pandemiya dövründə çip dünyasının ulduzuna çevrilən Tayvan Yarımkeçirici İstehsalat Şirkətinin (TSMC), ən önəmli investorlarından biri olan Uorren Baffet TSMC-dəki səhmlərinin 82%-ni satıb.

TSMC-nin ötən illərdəki uğurlu yüksəlişindən sonra Uorren Baffetin rəhbərlik etdiyi "Berkshire Hathaway" investisiya şirkəti 2022-ci ilin sonunda TSMC-nin 4,1 milyard dollarlıq səhmlərini almışdı.

Lakin çox keçmədən Uorren Baffet səhmlərin 3.5 milyard dollarlıq hissəsini sataraq cəmi 617 milyon dollar dəyərində səhmi kassasında saxladı.

TSMC keçən il gəlirlərini artırsa da, bu il yüksək performanslı sistemlərə tələbatın artacağını, lakin portativ sistemlərə tələbatın azalacağını bildirib. Bu baxımdan investorlar da narahat olmağa başlayıblar.