Ukrayna və Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) vasitəçiliyi ilə Zaporojye AES yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər.

İndex.az xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hazırda AEBA-nın vasitəçiliyi ilə əldə edilmiş və Zaporojye Atom Elektrik Stansiyasının ehtiyat enerji təchizatını bərpa etməyə imkan verəcək daha bir lokal atəşkəs qüvvədədir. Təmir briqadalarının təhlükəsiz girişini təmin etmək üçün minalardan təmizləmə işləri davam edir", - Baş direktor deyib.