Bu gün saat 14:00-da Qətərdə keçirilən DÇ-nın qrup mərhələsinin 2-ci turunda A qrupunda yer alan Uels yığması İranla qarşılaşacaq. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda tapa bilərsiniz.
UESL
Uels komandası Dünya Kubokunda ilk görüşü kifayət qədər uğurla keçirdi. Güclü ABŞ millisi qarşısında uelslilər ilk hissədə yaxşı müdafiə olundular. Çünki müdafiənin edəcəyi səhv ABŞ millisinin 3-4 qol vurmasına şərait yaradacaqdı. 2-ci hissədə Uels millisi müdafiədəki yaxşı oyunun yanına hücumda aqressivliyidə əlavə etdi. Beləliklə bu aqressivliyin hesabına qazanılmış penaltini Qaret Beyl inamlı şəkildə qola çevirdi. Oyunun sonunda Robert Peycin komandası meydandan 1:1 hesablı heç-heçə ilə ayrıldı.
İndi uelslilər İranı nəyin bahasına olursa-olsun məğlub etməlidirlər. Çünki qrupun son oyununda onlar ingilislərlə qarşılaşacaqlar. İngilislərlə oyunda 3 xal qazanmaq isə çox çətin olacaq.
İRAN
Karluş Keyrozun yetirmələri fasiləyə qədər də 3 cavabsız qol buraxdılar ki, bu da İngiltərə ilə oyunda (2:6) intriqanı məhv etdi. 2-ci hissədə iranlılar 2 dəfə fərqlənə bilsələr də, bu, vəziyyəti xilas etməyə kömək etmədi. Əsas qapıçı Əlirez Beyranvandın zədə səbəbindən olmaması da komandaya mənfi təsir göstərib.
İran artıq öz qrupunun autsayderi hesab olunur və çətin ki, pley-offa vəsiqə qazana bilər.
PROQNOZ
Turnirdə mübarizəni davam etdirmək üçün hər iki komandaya qələbə lazımdır. Bu onu göstərir ki, komandalar ilk dəqiqədən meydanda hücum futbolu göstərəcək. Uels görüşün favoriti hesab olunur, lakin İran da hücumda nəyə qadir olduğunu göstərməyə çalışacaq.
Çox güman ki, qarşılaşma hücumlarla başlayacaq. Uels amerikalılarla matçın 2-ci yarısında hücumda çox yaxşı olduğunu sübut etdi. Eləcə də İran ingilislərə 2 qolla cavab verməyi bacarmışdı. İnanırıq ki, komandalar 3 xalı əldə etmək üçün oyunun böyük bir hissəsini hücumda keçirəcəklər. Bu isə oyunda real qol epizodlarının bol olacağından xəbər verir.
Bizim ilk proqnozumuz - 2.5 ÜST (1.80)
Uels rəqibdən ad və təcrübə baxımından üstünlüyə malikdir və müdafiədə daha yaxşı görünür. Bunu ilk turda 6 qol buraxan İran haqqında demək olmaz. Lakin avropalılara İran qarşısında 3 xalı əldə etmək o qədər də asan olmayacaq və onlar xalları əldə etmək üçün xeyli səy göstərməli olacaqlar.
İkinci mərcimiz olacaq Uelsin 1 qolla qələbəsi olacaq - 3.62
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 2:1 - 9.00
Uels 2-ci hissədə qol vuracaq - 1.77
2-ci hissə qol cəmi - 1.5 ÜST (2.52)
